http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Göyçayın Cəyirli kəndində kütləvi davada 3 nəfər bıçaqlanıb

05 Noyabr 2022 , 10:30
Göyçayın Cəyirli kəndində kütləvi davada 3 nəfər bıçaqlanıb

Göyçay Rayon Polis Şöbəsinə noyabrın 5-də saat 2 radələrində Cəyirli kəndi ərazisində yerləşən kafedə 3 nəfərə kəsilmiş-çapılmış xəsarətlər yetirilməsi barədə məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin vaxt kafedə rayon sakinləri Elşad Mirzəliyevin, Kürdəmiş kənd sakini Zamiq Həsənovun və əvvəllər məhkum olunmuş Toğrul Bayramovun münaqişə zəminində Kürdşaban kənd sakini Pərvin Hüseynova bıçaqla çoxsaylı xəsarət yetirmələri, həmin vaxt onları aralaşdıran Kürdəmiş kənd sakini Aqil Yusifovun və Kürdşaban kənd sakini Seymur Rəhimovun kəsilmiş-çapılmış xəsarətlər almaları məlum olub. 


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar. 


Xəstəxanaya yerləşdirilən P.Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

İran ballistik raketləri Rusiyaya təhvil verib

İran ballistik raketləri Rusiyaya təhvil verib

Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu