Menyu

Şahin Mustafayev: 2022-ci ildə İran və Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 30% artıb

Nərmin Qocamanlı
Şahin Mustafayev: 2022-ci ildə İran və Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 30% artıb

Azərbaycanda 2425 İran şirkəti qeydiyyatdan keçib, onların əksəriyyəti fəal şirkətlərdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Astarada keçirilən İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasında bildirib.

O, qeyd edib ki, 2022-ci ildə İran və Azərbaycan Respublikası arasında ticarət mübadiləsinin həcmi 30% artıb.

2023-cü ilin ilk beş ayında bu rəqəmlər 9% artım göstərir.

 

Həmçinin, Şahin Mustafayev bildirib ki, İran və Azərbaycan arasında beynəlxalq tranzitin həcmi 58 % artıb.

Teqlər:

"Şahin Mustafayev: 2022-ci ildə İran Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 30% artıb"

Əlaqəli Xəbərlər