"Qarabağ"ın rəqibi yeni hücumçu ilə gücləndi
Əziz Əzizli
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv" heyətini yeni futbolçu ilə gücləndirib.
"Operativ Media" xəbər verir ki, Polşa təmsilçisi "Hamburq"dan ayrılan Sonni Kitteli transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
"Ayntraxt"ın yetirməsi olan Sonni "İnqolştadt" və "Hamburq"da forma geyinib. O, Bundesliqada 60 oyunda 2, II Bundesliqada isə 201 matçda 57 qol vurub.
"Qarabağ" "Rakuv"la ilk oyunu iyulun 26-da Polşada keçirəcək. Cavab matçı avqustun 2-də Bakıda olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net