Azərbaycan tərəfi bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub.
Bu barədə "Caliber" əməliyyat məlumatlarına istinadən bildirib.
“Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər:
- piyada əleyhinə minalar;
- tank əleyhinə minalar;
- avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar;
- snayper tüfəngləri;
- 122 mm-lik minaatanlar;
- “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- Qumbaraatanlar;
- Portativ rabitə;
- Sursatlar.
Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb.