20 İyul 2023, 19:59
"Mançester Yunayted"in yeni kapitanı bəlli oldu

Mançester Yunayted"in yeni kapitanı bəlli olub.
"Operativ Media" "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"da bu sarğını Bruno Fernandeş daşıyacaq. Bu, baş məşqçi Erik Ten Haaqın istəyi ilə baş tutub.
Buna qədər isə kapitanlıq sarğısını Harri Maquayr daşıyırdı. O, sosial şəbəkə hesabında bu qərarın baş məşqçi tərəfindən verildiyini açıqlamışdı.