"Jelezniçar" - "Neftçi" matçı estoniyalı hakimə tapşırıldı

Əziz Əzizli
"Jelezniçar" - "Neftçi" matçı estoniyalı hakimə tapşırıldı

Konfrans Liqasının II təsnifat mərhələsində "Jelezniçar" ilə "Neftçi" arasında keçiriləcək ilk oyuna təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yuri Fişer olacaq. Ona yan xətt hakimləri Veyko Motsnik və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kevin Kayvaya yerinə yetirəcək.

İyulun 27-də Bosniya və Herseqovinada keçiriləcək oyun saat 20:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Digər xəbərlər