24 İyul 2023, 13:46
Qara Qarayev "Qarabağ" ailəsi ilə vidalaşdı
Qara Qarayev "Qarabağ" ailəsi ilə vidalaşdı şəkil
Qara Qarayev "Qarabağ" ailəsi ilə vidalaşdı

Yarımmüdafiəçi Qara Qarayev "Qarabağ"la vidalaşıb. 

"Operativ Media" xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 30 yaşlı futbolçu postunda bunları yazıb:

"Bu mesajım “Qarabağ” ailəsinədir!

18 il öncə “Qarabağ”ın akademiyasında seçimlərə qatıldığım gün yadımdadır. Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi! Mən bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə “Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim.

İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman mənə öz övladınız, qardaşınız kimi sahibləndiniz...

Futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarımı “Qarabağ”a borcluyam. Bütün azarkeşlərə, eləcə də “İmarət” və “Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir. Qarabağlı olaraq, “Qarabağ” daim ürəyimdə qalacaq.

Hörmətlə, Qara Qarayev". 

Son xəbərlər
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Kobaxidze azərbaycanlıları təbrik edib
"Barselona"nın müdafiəçisi zədələndi