http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən”

25 İyul 2023 , 10:21
“Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən”

"Neftçi”nin yeni transferi Qara Qarayev klubun televiziyasına açıqlama verib.

"Operativ Media" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı “Neftçi”yə dəyişməsinin səbəbini izah edib:

“Mənə göstərilən etimada görə “Neftçi” rəhbərliyinə minnətdaram. Məhz həmin etimad məni bu seçimi etməyə vadar etdi. Düşündüm ki, gələcək karyeram üçün “Neftçi”də davam etmək daha faydalı olar. Rəhbərliyin və kapitan Emin Mahmudovun sayəsində “Neftçi”nin üzvü oldum. Bu, həm öz istəyim, həm də onların köməyi idi. Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən. Onunla söhbətlərdə mənə çox faydalı məsləhətlər verdi. Karyeramda daha uğurlu dönəm olacağını düşünərək bura gəlmək qərarı verdim”.

Azərbaycan millisinin üzvü yetirməsi olduğu “Qarabağ”a da təşəkkür etməyi unutmayıb: “Rəqabətli komandaya keçsəm də, “Qarabağ”ın əziyyətini, dəyərlərini heç vaxt unutmayacağam. Hər bir dəyəri öz yerində qoruyub saxlaya bilərəm. 18 ildə mənə möhtəşəm dəstək oldular, ailə üzvü kimi qorudular. Ömrümün sonuna kimi onlara təşəkkür edəcəyəm. Bu, mənim həm mənəvi, həm də əxlaqi borcumdur”.

Qarayev “Neftçi” azarkeşlərinin rəğbətini qazanmaq üçün çox çalışacağını diqqətə çatdırıb: “Neftçi”də ailənin üzvü olmaq bir az çətindir. Çünki “Neftçi” adının hədəfləri var. Bu komandanın bir parçası olmaq üçün çox çalışmaq lazımdır. Həm yığmada, həm də “Qarabağ”da necə ləyaqətlə çıxış etmişəmsə, eyni dərəcədə “Neftçi”nin də adını qoruyacağam. Həm meydanda, həm də ondan kənarda ən yaxşılardan olmaq üçün mübarizə aparacağam. Azarkeşlərə hansısa vədi vermək istəmirəm. Onlar iş, məhsuldarlıq görmək istəyirlər”.

Təcrübəli futbolçu hər hansı bir aqressivlik sərgiləməyəcəyini də vurğulayıb: “Bura gələndə vəd almamışam. Karyeramın gələcəkdə hansı yöndə davam edəcəyini bilmirəm. Heç kimə vəd vermərəm, heç kimdən də vəd almaram. Sadəcə, inam istəyərəm. Biz bir-birimizlə yox, klubun amalı üçün başqaları ilə rəqabətə hazır olmalıyıq. Karyeramı daha peşəkar şəkildə davam etdirməliyəm. Əlavə hiss, xüsusi aqressiya karyerama böyük zərbə vura bilər. “Neftçi”də də Qara adını qoruyub saxlayacağam

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

I Liqa: "Qəbələ" 5 qolla qazandı

I Liqa: "Qəbələ" 5 qolla qazandı

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu