Menyu

"Neftçi”nin yeni prezidenti təqdim olundu

Əziz Əzizli
"Neftçi”nin yeni prezidenti təqdim olundu

"Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.

"Operativ Media" xəbər verir ki, Fərrux Mahmudov “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.

Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.

Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib: “Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər