http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Neftçi" klubu bəyanat yaydı

25 İyul 2023 , 16:57
"Neftçi" klubu bəyanat yaydı

"Neftçi" klubu braziliyalı hücumçu Mateus Saldanyanın "Partizan" klubuna keçmək istəməsi ilə bağlı bəyanat yayıb.

"Operativ Media" bəyanatı təqdim edir.

“Neftçi” PFK-nın 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə klub rəhbərliyinə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib.

Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, UEFA Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınmış, 24.07.2023-cü il tarixində keçirilən məşqdə isə icazə almadan iştirak etməmişdi.

Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırmışdı. Bildirilmişdi ki, “Neftçi” PFK kimliyindən asılı olmayaraq maddiyəti hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. Ürəyi “Neftçi” ilə olmayanın özü də “Neftçi”də olmamalıdır. Qayğısı yalnız maddiyyat olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdur.

Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranmışdı. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur.

Azarkeşlərimizi əmin etmək istəyirik ki, UEFA Avropa Konfranslar Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Mateus Saldanya adlı futbolçunun komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaqlar. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

I Liqa: "Qəbələ" 5 qolla qazandı

I Liqa: "Qəbələ" 5 qolla qazandı

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu