Rusiyanın "Krasnodar" klubunda çıxış edən "Qarabağ"ın keçmiş futbolçusu Kadi Borges uzunmüddətli zədədən sonra sıraya qayıdıb.
"Operativ Media" xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk "Sport-Express" nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 27 yaşlı futbolçu Rusiya Kubokunun qrup mərhələsinin ilk turunda Moskva "Spartak"ına qarşı meydana çıxa biləcək. Oyun iyulun 27-də keçiriləcək.
Qeyd edək ki, Kadi Borges ötən mövsüm Premyer Liqanın 24-cü turunda məhz “Spartak” ilə matçda zədələnmişdi. Braziliyalı rəqib müdafiəçi Georgi Cikiya ilə hava toqquşması zamanı ciddi xəsarət almışdı. Görüş aprelin 27-də keçirilmişdi.






