Azərbaycan cüdoçuları komanda yarışlarının gümüş medalını qazandı

Əziz Əzizli
Azərbaycan cüdoçuları komanda yarışlarının gümüş medalını qazandı

29 iyulda Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə komanda yarışları keçirilib. Cüdoçularımız komanda yarışlarında gümüş medal əldə edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan komandası ilk görüşdə Xorvatiya yığmasını 4:2 hesabı ilə, ikinci görüşdə Ukrayna yığmasını 4:3 hesabı ilə, yarımfinalda isə Gürcüstan yığmasını 4:3 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi Türkiyə komandası olub. Görüşün nəticəsində idmançılarımız komanda yarışlarının gümüş medallarını qazanıblar.

Qeyd edək ki, millimiz fərdi yarışlarda 3 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və qızlar arasında 1-ci yeri, oğlanlar arasında isə 4-cü yeri tutub. 

Digər xəbərlər