Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
"Operativ Media" xəbər verir ki, "Qarabağ"ın potensial rəqibləri BATE (Belarus) və "Aris" (Kipr) üz-üzə gələcək. Komandalar arasındakı ilk matç "Aris"in 6:2 hesablı qələbəsiylə başa çatıb. Cütün qalibi "Qarabağ" - "Rakuv" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
"Qarabağ" Polşa təmsilçisi ilə görüşə sabah çıxacaq. "Atlılar" ilk oyunda rəqibinə uduzub - 2:3.