Menyu

"Zirə" Fil Dişi Sahilindən olan futbolçu transfer etdi

Əziz Əzizli
"Zirə" Fil Dişi Sahilindən olan futbolçu transfer etdi
1 dəq oxu

“Zirə” yeni futbolçu ilə anlaşıb. Qəsəbə təmsilçisi Pyer Zeblini heyətinə qatıb.

"Operativ Media" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.

Əlaqəli Xəbərlər