Rəşad Dağlı adam öldürdüyünə görə saxlanılıb-YENİLƏNİB

Nərmin Qocamanlı
Rəşad Dağlı adam öldürdüyünə görə saxlanılıb-YENİLƏNİB


Noyabrın 09-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.


Qaradağ rayon prokurorluqdan "Operativ Media" verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

 

***

 

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov qətl törədib. 1984-cü il təvəllüdlü meyxanaçı İsgəndər adlı şəxsi bıçaqla öldürüb.

Hadisə Qaradağ rayonu ərazisində baş verib. R.Əmirov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt “Operativ Media”ya təsdiqlənib.

"Qafqazinfo"nun xəbərinə görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb. 

Digər xəbərlər