Menyu

"Araz-Naxçıvan" konqolu yarımmüdafiəçi ilə gücləndi

Əziz Əzizli
"Araz-Naxçıvan" konqolu yarımmüdafiəçi ilə gücləndi

“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

"Operativ Media" xəbər verir ki, Naxçıvan təmsilçisi bu dəfə Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb. Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.

Qeyd edək ki, 186 sm boya malik futbolçu hücumda da oynamaq qabiliyyətinə malikdir. Onun sonuncu klubu Maltanın “Xamrun Spartan” olub. Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər