Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, "Qəbələ" ikinci görüşdə "Omoniya"nın qonağı olub. Matç Kipr təmsilçisinin 4-1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ" iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.
Komandalar arasındakı ilk oyunda Kipr klubu qələbə qazanıb - 3:2.