Hindistan Pakistanın dialoq çağırışına cavab verib
"Bütün qonşularla, o cümlədən Pakistanla normal münasibətlər arzulayırıq".
"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan tərəfi Pakistanın baş naziri Şabaz Şərifin dialoq çağırışından sonra bildirib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bagçi, Şərifin açıqlamaları ilə əlaqədar deyib: "Hindistanın bu mövzuda aydın və ardıcıl mövqeyi bəllidir. Pakistan da daxil olmaqla, bütün qonşularımızla normal münasibətlər arzulayırıq".
Bağçi münasibətlərin normallaşması üçün "terror və düşmənçilikdən azad bir mühitin vacib olduğunu" vurğulayıb.
Xatırladaq ki, Pakistanın baş naziri regional inkişaf üçün Hindistanı dialoqa çağırmışdı.
Teqlər:
"Hindistan Pakistanın dialoq çağırışına cavab verib"