"Qarabağ" - "Zirə" oyununun biletləri satışa çıxarıldı

Əziz Əzizli
"Qarabağ" - "Zirə" oyununun biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri bu gün saat 13:00-dan etibarən "iticket.az"da satışa çıxarılacaq.

"Operativ Media" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün və sabah iticket.az-da onlayn, oyun günü isə “Azersun Arena”nın kassasında da satışda olacaq.

Avqustun 5-də keçiriləcək "Qarabağ" - "Zirə" oyunu saat 21:00-da başlayacaq.

Digər xəbərlər