"Neftçi" - "Beşiktaş" oyununun vaxtı dəyişdirildi
Əziz Əzizli
"Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la oyununun yeri dəyişdirilib.
"Operativ Media" xəbər verir ki, UEFA ilk oyunun Bakıda olmasına qərar verib.
Buna səbəb İstanbulda 10 avqust tarixində “Fənərbaxça”nın da oyununun olmasıdır.
Beləliklə, “Neftçi” avqustun 10-da “Beşiktaş”ı qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq. Avqustun 17-də isə “Neftçi” İstanbulda cavab oyununa çıxacaq. Həmin oyuna da eyni saatda start veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net