04 Avqust 2023, 19:43
“Sabah” – “Partizan” oyununun hakimləri müəyyənləşdi
“Sabah” – “Partizan” oyununun hakimləri müəyyənləşdi şəkil
“Sabah” – “Partizan” oyununun hakimləri müəyyənləşdi

Sabah”ın Avropa Konfrans Liqası II təsnifat mərhələsinin “Partizan”la keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

"Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Giorgi Kruaşvili olacaq. Ona həmyerliləri olan yan xətt hakimləri Levan Varamişvili və Zaza Pipia kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını isə Aleko Aptsiauri yerinə yetirəcək.

Qeyd edək ki, “Sabah” – “Partizan” oyunu 10 avqust tarixində saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Son xəbərlər
Tramp 6-cı nəsil döyüş təyyarəsini təqdim etdi
Türkiyə səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb