05 Avqust 2023, 12:04
Qarabağ"ın HİK-lə oyunun biletləri satışa çıxarılır
Qarabağ"ın HİK-lə oyunun biletləri satışa çıxarılır şəkil
Qarabağ"ın HİK-lə oyunun biletləri satışa çıxarılır

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri bu gün saat 14:00-dan satışa çıxarılacaq.

"Operativ Media" xəbər verir ki, Avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

"Qarabağ" - HİK oyunu saat 20:00-da başlayacaq. Cavab oyunu avqustun 17-də Finlandiyada olacaq.

Son xəbərlər
Bakıda ağacəkmə aksiyası keçirilib
Bərdədə yaşayış binasının eyvanı uçub
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb