http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan Premyer Liqasında 1-ci turun yekunu

07 Avqust 2023 , 08:28
Azərbaycan Premyer Liqasında 1-ci turun yekunu

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 1-ci turuna yekun vurulub.

"Operativ Media" xəbər verir ki, turun ilk matçında "Araz-Naxçıvan" Bakıda "Turan Tovuz" klubu ilə qarşılaşıb. Matç Tovuz şəhər təmsilçisinin 0-3 hesablı qələbəsi ilə başa çatıb. Hər 3 qolu legioner futbolçular vurub. Nigeriyalı Con Oto 1 dəfə, bolqarıstanlı Martin Petkov isə 2 dəfə rəqib qapısına yol tapıb. Matçın baş hakimi İnqilab Məmmədov 3-ü "Turan Tovuz"dan, 1-i isə "Araz-Naxçıvan"dan olmaqla 4 dəfə futbolçuları sarı vərəqə ilə cəzalandırıb. 

Turun 2-ci matçı isə "Səbail" və "Sumqayıt" klubları arasında baş tutub. ASCO Arenada keçirilən matçda qonaqlar 1-4 hesablı qələbəyə seviniblər. "Sumqayıt"dan Rövlan Muradov, Erik Sorqa, Kamran Quliyev və Səbuhi Abdullazadə fərqlənib. "Səbail"in yeganə qolunu isə qvineyalı David Qomis vurub. FİFA referisi Elçin Məsiyevin idarə etdiyi matçda 3-ü "Səbail"dən, 2-i "Sumqayıt"dan olmaqla 5 futbolçu sarı vərəqə ilə cəzalanıb. 

Turun 3-cü matçında son çempion "Qarabağ" "Azərsun Arena"da "Zirə"ni qəbul edib. Avropa Liqasında mübarizəsini davam etdirən "atlılar" Zirə təmsilçisinə 0-1 hesabı ilə məğlub olub. Matçda yeganə qolu yunanıstanlı Dimitris Çantakias vurub. "Zirə" tarixində ilk dəfə "Qarabağ "a qalib gəlib. FİFA referisi Əliyar Ağayev bu matçda hər komandaya iki dəfə olmaqla 4 sarı vərəqə çıxarıb.

Gəncə şəhər stadionunda baş tutan "Kəpəz" - "Neftçi" oyunu turun 4-cü matçına təsadüf edib. Gəncə şəhər stadionunda baş tutan matçda yeganə qolu "Kəpəz"in gürcüstanlı futbolçusu Mate Kvirkvia vurub. Matç "Kəpəz"in 1-0 hesablı qələbəsi ilə başa çatıb. Baş hakim Turan Qurbanov 5 dəfə sarı vərəqəyə müraciət edib. "Kəpəz"in 3, "Neftçi"nin isə 2 futbolçusu cəzalanıb.

Turun son matçında isə "Sabah" "Bank Respublika Arena"da "Qəbələ"ni sınağa çəkib. "Futuristlər" bu matçda "Qəbələ"yə şans verməyib. 5-0 bitən matçda Emmanuel Apeh, Anatoli Nuriyev, Aleksey İsayev, Coy-Lens Mikels və Tellur Mütəllimov hərəyə bir dəfə fərqlənib. Baş hakim Cavid Cəlilov bu matçda cəmi bir dəfə əlini cibinə atıb. "Qəbələ"nin futbolçusu Urfan Abbasov sarı vərəqə ilə cəzalanıb.

İlk turda ümumilikdə 15 qol vurulub. Heç-heçə qeydə alınmayan bu turda 3 səfər və 2 ev komandası qələbə qazanıb. Hakimlər 19 dəfə sarı vərəqələrə müraciət ediblər.

OXŞAR XƏBƏRLƏR
"Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək

"Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək

I Liqa: "İmişli" səfərdə "Cəbrayıl"ı məğlub etdi

I Liqa: "İmişli" səfərdə "Cəbrayıl"ı məğlub etdi

Azərbaycan klubu ispan oyunçu transfer etdi

Azərbaycan klubu ispan oyunçu transfer etdi

XƏBƏR LENTİ
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
  • 17:11

    “LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb
  • 17:09

    "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək
  • 17:08

    Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
  • 17:06

    AAYDA: Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
  • 16:52

    Pərviz Şahbazov Serbiyaya səfər edib
  • 16:46

    Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub
  • 16:42

    Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir
Menyu