"Roma" klubunun portuqaliyalı baş məşqçisi Xoze Mourinyoya Səudiyyə Ərəbistanının 2 klubundan təklif gəlib.
"Operativ Media" xəbər verir ki, bu haqda baş məşqçinin özü jurnalistlərə açıqlamasında deyib.
"Səudiyyə Ərəbistanı klublarından 2 vacib təklif aldım. "Əl-Hilal" və "Əl-Əhli" mənə dəvət gondərən klublar idi. "Roma"da qalmağa qərar verdim və təklifləri geri çevirdim. Gələcəkdə orada çalışa bilərəmmi? Baxacam. Gələcək üçün cavabım dəqiq olmadığı üçün indi yox deyirəm".






