"Qalatasaray”ın futbolçusu Olimpiu Morutan “Neftçi”yə keçməyə yaxındır.
"Operativ Media" “Tuttomercatoweb” saytına istinadən xəbər verir ki, ötən mövsümü icarə əsasında “Piza”da keçirən Rumıniya millisinin yarımmüdafiəçisi İtaliyaya qayıtmaqdan imtina edib.
“Neftçi”nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib. Hazırda “ağ-qaralar”la “Qalatasaray” rəhbərliyi arasında danışıqların davam etdiyi vurğulanıb.
Keçidin tezliklə reallaşması gözlənilir.
Morutanın “Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.