Türkiyə millsinin üzvü Merih Demiral "Atalanta"dan ayrılmaq üzrədir.
"Operativ Media" xəbər verir ki, Türkiyə millisinin üzvünü başqa iki İtaliya klubu tranfer etmək istəyir.
Xoze Mourinyonun başçılıq etdiyi "Roma" klubu müdafiəçini heyətində görmək istəyir. Digər ikinci klub isə "İnter"dir.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi ilə İngiltərə Premyer Liqasından "Nottinqem Forest" və "Vesthem" klubları da futbolçunu transfer etmək istəsələr də maliyyə məsələlərində razılığa gələ bilməmişdilər.






