Menyu

İstanbulda quraqlıq təhlükəsi yaranıb, mer suya qənaət etməyə çağırıb

İstanbulda quraqlıq təhlükəsi yaranıb, mer suya qənaət etməyə çağırıb

İstanbul meri Əkrəm İmamoğlu 16 milyon əhalisi olan şəhərin sakinlərini Türkiyə metropolisindəki quraqlıq təhlükəsi ilə əlaqədar suya qənaət etməyə çağırıb.

“Operativ Media” xəbər verir ki, bu barədə İstanbul meri “X” (tviter) hesabında yazıb.

“Proqnozlara görə, bu həftə İstanbulda yağıntı gözlənilmir. Bütün vətəndaşlarımızı sudan istifadə edərkən və ona qənaət edərkən daha diqqətli olmağa çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir”, - o yazıb.

Yayın isti və quraq keçməsi ilə əlaqədar olaraq İstanbulun su anbarlarında su ehtiyatı bazar günü normanın 32,38%-nə qədər azalıb ki, bu da son 9 ilin ən aşağı göstəricisidir.

Hava proqnozlarına görə, gələn həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər