Ana səhifə / Gündəm / Fəxrəddin Qoca: Yaralanan 81 nəfərdən 55-i evə buraxılıb, 26 nəfərin müalicəsi davam edir Fəxrəddin Qoca: Yaralanan 81 nəfərdən 55-i evə buraxılıb, 26 nəfərin müalicəsi davam edir 14.11.2022, 15:10 Nərmin Qocamanlı İstiqlal prospektində baş verən partlayışda yaralanan 81 nəfərdən 55-i evə buraxılıb, 26 nəfərin müalicəsi davam edir. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında paylaşım edib. Nazirin sözlərinə görə yaralılardan 5-nin vəziyyəti ağırdır. Qeyd edək ki, Ötən gün İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Baş verən partayışda 6 nəfər ölüb 81 nəfər yaralanıb.