Menyu

Sudanda məcburi köçkünlərin sayı 7,1 milyona çatıb

Sudanda məcburi köçkünlərin sayı 7,1 milyona çatıb

Aprelin 15-də Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalardan sonra məcburi köçkünlərin sayı təxminən iki dəfə artaraq 7,1 milyona çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Ofisi (IOM) açıqlama yayıb.

Açıqlamaya görə, Sudanda ordu ilə HDK arasında baş verən qarşıdurmalardan sonra 7,1 milyon insan didərgin düşüb, onlardan 3,8 milyonu köç etmək məcburiyyətində qalıb.

Daxili yerdəyişmələrin əksəriyyəti Darfur, Nil çayı və Ağ Nil əyalətlərinin bir hissəsində baş verib.

Sudanda davam edən münaqişələr qida, su, dərman və yanacaq qıtlığı ilə yanaşı, ciddi humanitar böhrana da səbəb olub.

Ticarət yollarının təhlükədə olması və ölkəyə girişin məhdudlaşdırılması səbəbindən zəruri malların qiymətləri kəskin artıb.

Teqlər:

"Sudanda m\u0259cburi k\u00f6\u00e7k\u00fcnl\u0259rin say\u0131 7 1 milyona \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər