Putin Milli Tarixi Yaddaş Mərkəzinin yaradılması ideyasını dəstəkləyib
Rusiya prezidenti Vladimir Putin ölkədə Milli Tarixi Yaddaş Mərkəzinin yaradılması ideyasını dəstəkləyib və bununla bağlı bütün məsələlərin operativ şəkildə həll olunmasını tapşırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Putin Rusiyanın "Qələbə" komitəsinin iclasını açarkən bildirib.
"Milli Tarixi Yaddaş Mərkəzinin yaradılması barədə dəfələrlə təklif olub. Mən xahiş etmişəm ki, bu məsələ üzərində işləyək. Hesab edirəm ki, belə bir mərkəzə ehtiyacımız var. Bugünkü iclasın yekunlarına əsasən müvafiq göstərişlər veriləcək", - o əlavə edib və "Qələbə" komitəsinin iştirakçılarından bütün təşkilati və maliyyə məsələlərini gecikdirmədən operativ şəkildə həll etməyi xahiş edib.
Putin qeyd edib ki, tarix tez-tez ideoloji silah kimi istifadə olunur: "Tarix ideoloji mübarizə silahı kimi istifadə olunmağa başlayıb və bizə adekvat müdafiə vasitəsi lazımdır ki, nəinki hücumları dəf edə, hətta bu cür zərbələrin qarşısını ala bilək".
Teqlər:
"Putin Milli Tarixi Yadda\u015f M\u0259rk\u0259zinin yarad\u0131lmas\u0131 ideyas\u0131n\u0131 d\u0259st\u0259kl\u0259yib"