Menyu

Bolqarıstanda daşqın baş verib, 2 nəfər ölüb

Bolqarıstanda daşqın baş verib, 2 nəfər ölüb

Güclü yağış bu gün Bolqarıstanın Qara dəniz sahillərinin bəzi bölgələrində təsirli olub.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, ölkənin şərqindəki Burqas şəhərinin Tsarevo qəsəbəsində yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər həyatını itirib, bölgədə fövqəladə vəziyyət elan edilib.

Tsarevo meri Georgi Lapçev yerli kanala açıqlamasında bildirib: "Vəziyyət çox ciddidir. Biz Tsarevoda 2 nəfərin öldüyünü dəqiqləşdirmişik".

Yaşayış məntəqələrindən 60 nəfərin təxliyə edildiyi bildirilib.

Qeyd edilib ki, binalar və otellər daşqınlardan zərər görüb, körpü və yolların infrastrukturuna böyük ziyan dəyib.

Sahil bölgələrində yollar və nəqliyyat vasitələri su altında qalarkən, Varvara-Burqas yolunun bir hissəsi nəqliyyatın hərəkətinə bağlanıb.

Teqlər:

"Bolqar\u0131standa da\u015fq\u0131n ba\u015f verib 2 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər