Menyu

Almaniya ilin sonuna kimi 10 min ukraynalı əsgərə təlim keçəcək

Almaniya ilin sonuna kimi 10 min ukraynalı əsgərə təlim keçəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə ilin sonuna qədər ümumilikdə 10 min Ukrayna əsgərinin təlim keçəcəyini bildirib.

"Operativ Media" xəbər verir ki, Pistorius bu barədə büdcə danışıqları çərçivəsində Federal Məclisdəki çıxışında qeyd edib. 

O, ölkənin müdafiəsini yaxşılaşdırmaq üçün alman ordusuna, müasir silahlara və əsgərlərə sərmayə qoyduqlarını bildirib.

Qeyd edilib ki, Almaniya Müdafiə Nazirliyi üçün 71 milyard avro ayrılıb, əlavə olaraq xüsusi fond yaradılıb.

Pistorius bəyan edib ki, Rusiyanın Ukraynaya hücumu təkcə Ukraynanın suverenliyinə və azadlığına deyil, həm də beynəlxalq nizama və beynəlxalq hüquqa qarşı hücumdur və bu səbəbdən Ukraynanı bütün səviyyələrdə dəstəkləməyə davam edəcəklər.

Teqlər:

"Almaniya ilin sonuna kimi 10 min ukraynal\u0131 \u0259sg\u0259r\u0259 t\u0259lim ke\u00e7\u0259c\u0259k"

Əlaqəli Xəbərlər