Menyu

Blinken: Ukraynanın əks-hücumunda irəliləyiş var

Blinken: Ukraynanın əks-hücumunda irəliləyiş var
1 dəq oxu

"Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə reallaşdırdığı əks-hücumlarında irəliləyiş var". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib. 

 O, həmçinin Ukraynaya ordusunu gücləndirmək üçün lazım olan hər şeyi təmin etmək məqsədilə ABŞ-nin hərbi yardımını davam etdirəcəyinə söz verib.

"Mən burada ilk növbədə Ukraynaya güclü dəstəyimizi nümayiş etdirmək üçün gəlmişəm", - ABŞ dövlət katibi deyib.

“The Washington Post”un məlumatına görə , ABŞ dövlət katibi Ukraynada iki gün qalacaq və digər məsələlərlə yanaşı, korrupsiya ilə mübarizəni də müzakirə edəcək. Çərşənbə günü Blinken və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş baş tutacaq.

Əlaqəli Xəbərlər