Menyu

Rusiya Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı BMT TŞ-nin iclasını çağırıb

Rusiya Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı BMT TŞ-nin iclasını çağırıb
1 dəq oxu

Rusiya sentyabrın 12-də Qərb silahlarının Ukraynaya tədarükü ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib. 

Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün "Telegram" kanalında məlumat verib.

"Artıq qərblilər üçün əlverişsiz mövzularda “güzgü” tədbirləri keçirmək ənənəmiz olduğundan, biz sentyabrın 12-də Ukraynaya Qərb silahlarının tədarükü və Ukrayna böhranının həlli perspektivlərinə mənfi təsir göstərən digər amillərlə bağlı görüş tələb etdik", - Polyanski bildirib. 

Əlaqəli Xəbərlər