Rusiya XİN: Erməni xalqı anti-Rusiya təxribatlarından çəkinməyi bacaran müdrik xalqdır
"Əminik ki, erməni cəmiyyəti hər şeyi mükəmməl başa düşür və Ermənistanın uzunmüddətli təhlükəsizlik maraqlarını təmin edəcək düzgün nəticələr çıxaracaq".
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Moskva heç kimə heç nə diktə etmir, lakin tərəfdaşlarının diqqətini NATO ilə yaxınlaşmanın kiməsə müsbət nəticə verməyəcəyinə yönəldir", - diplomat əlavə edib.