Menyu

Qruşko: Aİ-nin Ermənistanın NATO-ya üzv olması barədə bəyanatları “böyük fantaziyadır”

Qruşko: Aİ-nin Ermənistanın NATO-ya üzv olması barədə bəyanatları “böyük fantaziyadır”

"Avropa İttifaqında (Aİ) səsləndirilən Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatlar "böyük fantaziyalardır".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O, TASS-a NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin Ermənistanın Şimali Atlantika Alyansına (NATO) qoşulması ilə bağlı bəyanatlarını şərh edib: "Ermənistan KTMT-nin üzvüdür və biz əməkdaşlığa davam edirik".

Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər: "Ermənistan bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Və mən əminəm ki, bu sabitlik bizim ikitərəfli münasibətlərimizdə gələcək illər üçün həlledici olacaq".

Qeyd edək ki, bazar ertəsi NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger bəyan edib ki, Ermənistan Şimali Atlantika Alyansına qoşulmalıdır. Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, ölkə NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu prosesi davam etdirməyə hazırdır. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər