Menyu

Ağ Ev: "Abrams" tankları tezliklə Ukraynaya göndəriləcək

Ağ Ev: "Abrams" tankları tezliklə Ukraynaya göndəriləcək

"Abrams" tankları tezliklə Ukraynaya göndəriləcək".

"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə deyib.

O, ABŞ-nin Ukraynaya ayırdığı yeni hərbi yardım paketini açıqlayıb. 

“Paketə həmçinin yaxın vaxtlarda Ukraynaya çatacaq "Abrams" tankları üçün döyüş sursatları da daxil edilib”, - o bildirib.

Qeyd edib ki, ABŞ-nin Ukraynaya yeni yardım paketinə artilleriya sursatları, tank əleyhinə və hava hücumundan müdafiə sistemləri daxildir.

Bundan başqa yardım paketinə 155 mm və 105 mm çaplı mərmilər, 81 mm çaplı minaatan və döyüş sursatları, TOW və Javelin tank əleyhinə sistemlər, atıcı silahlar üçün 3 milyondan çox patron, naviqasiya sistemləri, sistem kommunikasiyaları, minatəmizləmə avadanlıqları daxil edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər