Menyu

Volqoqradda PUA hücumu olub

Volqoqradda PUA hücumu olub

"Rusiya Müdafiə Nazirliyi pilotsuz uçuş aparatı (PUA) ilə Volqoqrad vilayətinə təşkil edilən hücumun qarşısını alıb və zərərsizləşdirib".

"Operativ Media" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov məlumat verib.

O qeyd edib ki, hücum nəticəsində tələfat və dağıntı olmayıb.

"Bu gün, sentyabrın 7-də Volqoqrad vilayəti ərazisində Rusiya Müdafiə Nazirliyinin qüvvələri PUA ələ keçirib və onu zərərsizləşdirib. İtki olmayıb, mülki və hərbi obyektlərə ziyan dəyməyib", - məlumatda deyilir. 

Teqlər:

"Volqoqradda PUA h\u00fccumu olub"

Əlaqəli Xəbərlər