Menyu

Zaxarova jurnalist və blogerin saxlanılmasını Qərbin təxribatı adlandırıb

Zaxarova jurnalist və blogerin saxlanılmasını Qərbin təxribatı adlandırıb
1 dəq oxu

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyanın Ermənistanın Gorus şəhərində saxlanılmasına münasibət bildirib.

"Operativ Media"nın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsinə qarşı Qərbin təşkil etdiyi növbəti təxribatdır. 

Qeyd edək ki, Ermənistan tərəfi jurnalist və blogerin yalan məlumat yaydığı üçün saxlanıldığını açıqlayıb.

Əlaqəli Xəbərlər