Gürcüstan prezidenti: İstefa verməyə hazırlaşmıram
Gürcüstan prezidenti Salome Zurabişvili impiçment fonunda istefaya getməyəcəyini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən heç yerə getmirəm. Düşünürəm ki, hamı mənim pensiya arzumu unutmalıdır. Mən olmalı olduğum yerdəyəm”, - Zurabişvili bildirib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası onun impiçment prosesinə başlayıb.
“Novosti Georgia”nın məlumatına görə, Zurabişvili hökumətin icazəsi olmasa da, Avropaya səfərlərini davam etdirəcəyini də vurğulayıb.
“Məni Gürcüstan cəmiyyəti seçib, xalqımı Avropanın müxtəlif paytaxtlarında təmsil etməkdən qürur duyuram və gələcəkdə də təmsil edəcəyəm”, - deyə o qeyd edib.