ABŞ kəşfiyyatı: Ukrayna ilin sonuna kimi Rusiyanın müdafiə xəttini yarmağa qadirdir
"Ukraynanın son uğurları əhəmiyyətlidir və onun ilin sonuna qədər Rusiyanın bütün müdafiə xətlərini yarmaq üçün şanslarını 40-50% artırır".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin təhlil direktoru Trent Mol "The Economist"ə deyib.
Bununla belə, o xəbərdarlıq edib ki, məhdud sursat və pisləşən hava şəraiti Ukraynanın işini çətinləşdirəcək.
Molun fikrincə, Ukrayna silahlı qüvvələri bu il yekun uğur əldə edə bilməsələr belə, Zaporojye vilayətində mövqelərini müəyyən qədər genişləndirə, digər mövqelərini qoruyub saxlaya bilərlər.
Əlavə edilib ki, Ukraynanın 2024-cü ildə yeni bir irəliləyiş üçün bütün imkanları olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net