Ərdoğan Yaponiyanın baş naziri ilə görüşüb
1 dəq oxu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvəsi üçün gəldiyi Hindistanın paytaxtı Yeni Dehlidə Yaponiyanın Baş naziri Kişida Fumionu qəbul edib.
"Operativ Media" xəbər verir ki, baş nazir Fumio prezident Ərdoğanın qaldığı otelin girişində xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.
Mətbuata qapalı keçirilən görüşdə Fidanla yanaşı, xəzinə və maliyyə naziri Mehmet Şimşək, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun, prezidentin məsləhətçiləri Akif Çağatay Kılıç və Zəfər Çubukçu da iştirak edib.
Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.
Sorğu