Menyu

BMT: Rusiyanın ilhaq etdiyi bölgələrdəki seçkilərin hüquqi əsası yoxdur

BMT: Rusiyanın ilhaq etdiyi bölgələrdəki seçkilərin hüquqi əsası yoxdur

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynada ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilməsi planlaşdırılan qondarma seçkilərin heç bir hüquqi əsası olmadığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin Siyasi Məsələlər Şöbəsinin baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença bildirib.

O qeyd edib ki, Rusiyanın BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq Ukraynaya təcavüzü hələ də böyük iztirablara səbəb olur: "2022-ci ilin fevral ayından bu yana 9 min 511 sivil ölüb, 17 min 206 nəfər yaralanıb". 

Yença BMT-nin Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə tam sadiqliyini bir daha vurğulayıb.

BMT nümayəndəsi Rusiyanın hərbi nəzarəti altında olan bölgələrdə saxta seçkilər keçirəcəyi xəbərinin təşviş doğurduğuna diqqət çəkib: "Ukraynanın işğal altındakı bölgələrində keçirilməsi planlaşdırılan qondarma seçkilərin heç bir hüquqi əsası yoxdur".

Teqlər:

"BMT: Rusiyan\u0131n ilhaq etdiyi b\u00f6lg\u0259l\u0259rd\u0259ki se\u00e7kil\u0259rin h\u00fcquqi \u0259sas\u0131 yoxdur"

Əlaqəli Xəbərlər