Menyu

Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Sarkis Hovhannisyan ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

"Operativ Media" xəbər verir ki, o, "Xüsusi dövlət mühafizəsinə məruz qalan şəxslərin təhlükəsizliyinin təmin edilməsi haqqında" qanunun 15.1-ci maddəsinin 2-ci hissəsini rəhbər tutularaq vəzifəsindən uzaqlaşdırılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrinin yerinə yetirilməsi xidmətin rəis müavini Artur Qasparyana həvalə edilib. 

Qeyd edək ki, Sarkis Hovhannisyan bu il aprelin 28-də Nikol Paşinyanın qərarı ilə sözügedən vəzifəyə təyin edilmişdi.
 

Teqlər:

"Erm\u0259nistan D\u00f6vl\u0259t T\u0259hl\u00fck\u0259sizlik Xidm\u0259tinin r\u0259hb\u0259ri v\u0259zif\u0259sind\u0259n azad edilib"

Əlaqəli Xəbərlər