Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib
Mərakeşdə baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 2012 nəfər ölüb, 2059 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Mərakeş kralı VI Məhəmməd sağ qalanları axtarmaq və xilas etmək məqsədilə vertolyotlar və dronlardan istifadə etmək üçün ordunun axtarış-xilasetmə qruplarını da səfərbər edib.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Mərakeşdən təxminən 46 mil cənub-şərqdə, Mərakeşin Yüksək Atlas dağ silsiləsində olduğunu bildirib.
Teqlər:
"M\u0259rake\u015fd\u0259 ba\u015f ver\u0259n z\u0259lz\u0259l\u0259 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 2 mini ke\u00e7ib"