Menyu

Köhnə düşmən yeni dost? - Bayden Vyetnama gedir

Köhnə düşmən yeni dost? - Bayden Vyetnama gedir

ABŞ prezidenti Co Bayden Vyetnamda səfər edəcək. Vyetnam və Çin arasında gərginliyin artdığı bir vaxtda baş tutan səfər Pekin tərəfindən diqqətlə izlənir.

ABŞ və Vyetnam iki köhnə düşmən ölkə kimi xatırlanır. 1955-ci ildə başlayan və 21 il davam edən Vyetnam müharibəsində hər iki tərəf xeyli itki verib. İndi bu iki ölkə yeni dövrün qapısını açır. Bunun son göstəricisi ABŞ prezidenti Co Baydenin Vyetnama səfəridir.

"Operativ Media" xəbər verir ki, İstanbul Mədəniyyət Universitetinin üzvü Kadir Temiz bu səfərlə bağlı aşağıdakı qiymətləndirməni edib:

"Bu gün Bayden hökuməti Vyetnamla münasibətləri diplomatik baxımdan növbəti səviyyəyə çıxarmaq və onu strateji hərtərəfli tərəfdaşlığa çatdırmaq istəyir. Fikrimcə, bunun ən mühüm səbəbi Cənubi Çin dənizində yaranan problemlərdir".


Çin bu səfəri diqqətlə izləyir

Pekin administrasiyası Baydenin Vyetnam təmaslarını diqqətlə izləyir.

Vyetnam-ABŞ münasibətlərinin Çinin blokadaya alınması riskini daşıma ehtimalı Pekin üçün milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.

Çinin sərhəd qonşusu Vyetnam ilə Cənubi Çin dənizində yerləşən Spratli və Parasel adalarına görə münasibətləri gərgindir. 


Vyetnam Çinə alternativ hesab olunur

"Təbii ki, rəqabət təkcə Cənubi Çin dənizində deyil. “Vyetnam inkişaf modeli” çərçivəsində düşündüyünüz zaman Vyetnam yavaş-yavaş Çinə alternativ bir tədarük zəncirinə çevrilir. Vyetnamın texnologiya və xüsusilə enerji marşrutları nəzərdən keçirilərkən Çinə alternativ hesab olunur. Vyetnam Çinə qarşı ABŞ-dən dəstək istəyir. ABŞ-nin də Vyetnamı qlobal təchizat zəncirində Çinə alternativ kimi formalaşdırmaq istədiyi bildirilir", - Kadir Temiz qeyd edib.

Teqlər:

"K\u00f6hn\u0259 d\u00fc\u015fm\u0259n yeni dost? - Bayden Vyetnama gedir"

Əlaqəli Xəbərlər