Menyu

Ukrayna: Rusiya PUA-larla Kiyevə hücum edib

Ukrayna: Rusiya PUA-larla Kiyevə hücum edib

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi, 20-dən çox PUA-nın vurulduğu bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko məlumat yayıb. 

Məlumata görə, Rusiya ordusu bu gecə “Şəhid” tipli pilotsuz uçuş aparatları ilə paytaxt Kiyevə hücum təşkil edib.

PUA-ların qrup halında müxtəlif istiqamətlərdən paytaxta daxil olduğunu bildirən Popko, 20-dən çox PUA-nın hava hücumundan müdafiə sistemləri ilə məhv edildiyini qeyd edib.

Popko əlavə edib ki, şəhərin müxtəlif yerlərinə PUA hissələrinin düşməsi nəticəsində 1 nəfər yaralanıb, yaşayış binaları, avtomobillər, trolleybus elektrik xətləri və yollar zədələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər