Türkiyə xarici işlər naziri Hakan Fidan baş nazirin müavini və xarici işlər naziri Murat Nurtileunun dəvəti ilə sentyabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Açıqlamada Fidanın 10-11 sentyabr tarixlərində Qazaxıstana rəsmi səfər edəcəyi bildirilib.
Qeyd edilib ki, Fidan Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Nurtileunun dəvəti ilə bu ölkəyə səfər edəcək.
"Səfər çərçivəsində strateji tərəfdaşımız qardaş Qazaxıstanla ikitərəfli əlaqələrimiz, eləcə də cari regional və beynəlxalq hadisələr müzakirə olunacaq", - açıqlamada qeyd edilib.