Şərqdən Qərbə ən əlverişli yol Türkiyədən keçməlidir- Ərdoğan
“Bir kəmər, bir yol” layihəsi Türkiyəsiz reallaşdırıla bilməz.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Çin "Bir kəmər, bir yol" layihəsi üzrə məsafə qət edib və irəliləməkdə davam edir. Məqsəd Mərmərə tunelinə çatmaqdır. Bildiyiniz kimi, Çinin atdığı bu addım qarşılığında də qət etdiyimiz məsafə var. Türkiyəsiz bu nəqliyyat dəhlizi ola bilməz. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən Qərbə ən əlverişli yol Türkiyədən keçməlidir", - Türkiyə prezidenti deyib.
Teqlər:
"\u015e\u0259rqd\u0259n Q\u0259rb\u0259 \u0259n \u0259lveri\u015fli yol T\u00fcrkiy\u0259d\u0259n ke\u00e7m\u0259lidir- \u018frdo\u011fan"