İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Ternate bölgəsindən 38 kilometr şimal-şərqdə olub.
Təxminən 162,5 kilometr dərinlikdə meydana gəldiyi bildirilən 6 bal gücündə zəlzələdə ilk təsbitlərə görə can və maddi itki olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, ötən il İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan yaralanıb.
Teqlər:
"\u0130ndoneziyada 6 bal g\u00fcc\u00fcnd\u0259 z\u0259lz\u0259l\u0259 ba\u015f verib"